Hindistanda müsəlman köçkünlərlə bağlı qərardan sonra etirazlar hər gün artır.
Rasthaber Azərbaycan xəbər verir ki, Hindistanda müsəlman köçkünlərlə bağlı qərardan sonra etirazlar hər gün artır.
Meghalaya əyalətində təşkil edilən aksiyalar 3 gündür davam edir.
Bu son günlər baş vermiş qarşıdurmalarda ölənlərin sayı 3 olub.
3 aydır ölkədə baş verən hinduların hücumlarında isə 68 nəfər müsəlman dünyasını dəyişib, 300 nəfər isə yaralanıb.
Qeyd edək ki, ölkədə qanunlara edilən dəyişikliklərdə 6 dini qrupa vətəndaşlıq yolu açılıb. Müsəlmanlar isə bu qanunda göstərilməyib. Bu ikili standartlar müsəlmanların vətəndən və vətəndaşlıqdan məhrum edilməsi üçün həyata keçirilir.
Aksiyalarda iki jurnalistin də hücuma məruz qalaraq yaralandığı önə çəkilir.