Az.Rasthaber.com xəbər verir ki, Hindistanın Uttar Pradeş ştatında açıq havada namaz qılan müsəlman qadın həbs edilib.
Həbsə səbəb Laknau şəhərindən olan müsəlman fəal Uzma Pərvenin sosial şəbəkələrdə paylaşdığı foto olub.
Uzma açıq havada, ictimai yerdə səkidə namaz qıldığı anları əks etdirən fotosunu səhifəsində yerləşdirib.
MaktoobMedia xəbər verir ki, Lucknow polisinin sözçüsü yerli mətbuata bildirib ki, Uzma Pərvinə qarşı "nifrət təbliğatı" və "ictimai asayişi pozma" maddələri ilə cinayət işi açılıb.
Uttar Pradeş ştatının müsəlman icması açıq havada namaz qılmağın nifrət nitqi və asayişin pozulması kimi qiymətləndirilməsi ilə bağlı çaşqınlıq içərisindədir. “Mənim öz inancıma tabe olmaq, namaz qılmaq və uyğun bildiyim yerdə hicab taxmaq hüququm var. Dünyada heç bir qüvvə məni dayandıra bilməz”, - deyə müsəlman qadının özü qeyd edib.