Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar 12-13 oktyabr tarixlərində Ermənistana səfər edəcək.
Az.rasthaber.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, bu, XİN rəhbərinin Ermənistana ilk səfəri olacaq.
S. Caişankarın səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşlər keçirəcəyi və digər məsələlərlə yanaşı, regional hadisələrə dair müzakirələr aparacağı qeyd olunub.