Hindistanda Rusiyanın yeni tip koronavirusa (Covid-19) qarşı inkişaf etdirdiyi "Sputnik V" peyvəndinin istehsalına icazə verildi.
Rasthaber Azərbaycan xəbər verir ki, “İndia Today”ın xəbərinə görə, Hindistan Ümumi Dərman Nəzarəti İdarəsi (DCGİ) Hindistan Sərəm İnstitutuna (Sİİ) "Sputnik V" peyvəndini istehsal səlahiyyəti verib. İstahsal təxminən 6 ay zaman tələb edir.
Gündəlik yoluxma hallarının 100 mini keçdiyi Hindistanda alınan bu qərarla bir çox əyalətdə yaşanan peyvənd probleminin həll olunması ehtimal olunur.
Qeyd edək ki, Rusiya peyvəndi 65-dən çox ölkədə istifadə təsdiqi alsa da, hələ Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən təstiqlənməyib.