Hindistan rəsmiləri: Pakistanla münasibətlərin normallaşması mümkün deyil

Hindistan rəsmiləri: Pakistanla münasibətlərin normallaşması mümkün deyil

Hindistan rəsmiləri Pakistanla münasibətlərin normallaşmasının yaxın gələcəkdə mümkün olmadığını bildirirlər.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Hindistanın xarici işlər nazirinin müavini Vikram Misri bildirib.

Qeyd olunur ki, Misri bu fikirləri parlamentin xarici siyasət komitəsinin qapalı iclasında səsləndirib.

“Pakistanla normal münasibətlərin qurulması yaxın zamanda istisnadır,” – deyə nazir müavininin sözləri nəşrdə sitat gətirilib.

Misri həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp Hindistanla Pakistan arasında atəşkəsin əldə olunmasında vasitəçi rolunu oynamayıb. Onun sözlərinə görə, atəşkəs hər iki ölkənin hərbi əməliyyatlar üzrə baş direktorlarının apardığı danışıqlar nəticəsində mümkün olub.

Qeyd edək ki, Hindistanla Pakistan arasında münasibətlər aprelin sonunda kəskinləşib. Mayın əvvəlində Hindistan Pakistandakı bir sıra mülki və hərbi obyektlərə hücum edib, Pakistan isə cavab tədbirləri görüb.

Xəbəri paylaş

VİDEOLAR