Hindistan Baş naziri Ukraynaya gəldi

Hindistan Baş naziri Ukraynaya gəldi

Hindistan Baş naziri Narendra Modiyə Ukraynaya gəlib.

Az.rasthaber.com xəbrə verir ki, bu, Hindistan hökumət başçısının 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından bəri Ukraynaya ilk səfəridir.

Ukraynanın hava məkanı müharibə səbəbi ilə qapalı olduğuna görə Modi Ukraynaya Polşadan qatar vasitəsilə gəlib.

Səfər zamanı Modi ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş keçiriləcək. Danışıqlar zamanı ikitərəfli münasibətlər, Rusiya-Ukrayna müharibəsi və digər məsələlər müzakirə ediləcək.

Modi Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı öz təklifini təqdim edəcək.

Xatırladaq ki, Modi 8-9 iyul tarixlərində Moskvaya səfər edərək Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Zelenski bu görüşü pisləyib.

 

 

Xəbəri paylaş

VİDEOLAR