Həftar ordusu Türkiyə PUA-sını vurduğunu deyir

Həftar ordusu Türkiyə PUA-sını vurduğunu deyir

Hər iki tərəf atəşkəsin istənilən pozulmasına cavab verəcəyini söz verib.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, Xəlifə Həftarın Liviya Milli Ordusu (LMO) minomyotlar üçün mərmi daşıyan Türkiyəyə məxsus pilotsuz uçan aparatı (PUA) vurduğunu iddia edir.

Barədə məlumatı "Əl-Karama" operativ əməliyyat qərargahının mətbuat xidməti yayıb.

Bazar gününə keçən gecə LMO və Milli Razılıq Hökuməti Liviyanın qərbində yerli vaxtla 00:00-dan etibarın atəşkəs elan etmişdilər. Hər iki tərəf atəşkəsin istənilən pozulmasına cavab verəcəyini söz verib. 

"Türkiyənin pilotsuz aparatı minomyotlar üçün mərmi daşıyırdı, amma vurulub. Bu (uşuş), sülhün pozulmasıdır. Onu 128-ci quru qoşunları batalyonunun Abdulla əl-Utayri adına bölməsi vurub", - bəyanatda deyilir. 

Bundan öncə Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan Liviya üzrə vahid mövqe razılaşdıraraq tərəfləri 12 yanvar 00:00-dan etibarən atəşkəs elan edərək danışıqlar masasaı arxasında əyləşməyə çağırmışdılar. Ancaq LMO-ya baçılıq edən Həftar bu təşəbbüsü alqışladığını, amma ötən ilin aprelindən bəri Tripoliyə etdiyi hücumu davam etdirəcəyini deyib. Öz növbəsində Liviyanın tanınmış Milli Razılıq Hökumətinin başçısı Fayez Sərrac şənbə günü İtaliyaya səfəri zamanı bildirib ki, o da atəşkəsi təqdir edir, amma LMO bölmələrinin geri çəkilməsi şərtini qoyur.

Xəbəri paylaş

VİDEOLAR