Hadisə İdlib şəhərindəki Maarat ən-Naasan bölgəsində baş verib.
Rasthaber Azərbaycan "eastnews"a istinadən verdiyi xəbərə görə, "Heyət Təhrir əş-Şam" terror təşkilatı üzvləri Suriyada etiraz aksiyası keçirən dinc sakinlərə atəş açıb. Bu barədə Suriya İnsan Haqları Müşahidə Mərkəzindən açıqlama verilib.
Hadisə İdlib şəhərindəki Maarat ən-Naasan bölgəsində baş verib.
Suriya hökumətinin nəzarətindəki bölgələrlə müxaliflərin nəzarətindəki ərazilər arasında olan ticarət keçidinin açılmasına etiraz edənlərə açılan atəş nəticəsində 5 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.