Ziya Türkyılmaz: HƏMAS-ın Siyasi Rəhbəri İsmayıl Haniyənin Tehranda olarkən şəhid edilməsi strateji deyil, simvolik bir hadisədir
İsmayıl Həniyə kimi ailə üzvlərinin və yaxın qohumlarının qırxa yaxını şəhid olmasına baxmayaraq dimdik duran, şəhadət arzusunda olan, şəhadətindən saatlar əvvəl Ayətullah Xamenei ilə görüşündə“Bir igid ölür, bir igid dirilir, İslam ümməti əbədi qalacaqdır” deyən biri üçün normal ölüm deyil, şəhadət yaraşardı.
Ayətullah Xamenei bu böyük mücahidin şəhadəti münasibəti ilə dərc etdiyi mesajda “ev sahibi kimi bizim borcumuzdur ki, intiqam alaq” və sionist rejimə lazımi cavabın veriləcəyini bildirib və əlaqədar qurumlar üçün vəzifə müəyyənləşdirib.
Sionist Rejim və Qərbi Müstəkbir Sistemi Allahın həqiqi bəndələrindən birinin şəhadəti ilə müvəqqəti olaraq sevinə bilər, lakin onların sərxoşluğu inşallah uzun sürməyəcək.
İçimizdəki kafir, münafiq və təəssübkeş təbəqələrin başda İran olmaqla Müqavimət Cəbhəsini onun dostlarını və qonaqlarını qorumaq iqtidarında olmamaları, qisas diskursunda zəif və təsirsiz reaksiyalar göstərəcəkləri kimi düşmənçilik təbliğatına gəlincə;
1- HƏMAS-ın Siyasi Rəhbəri İsmayıl Haniyənin Tehranda olarkən şəhid edilməsi strateji deyil, simvolik bir hadisədir. Bu o demək deyil ki, hadisə əhəmiyyətsizdir, lakin düşmən baxımından onun müharibə/müqavimətin seyri ilə bağlı həlledici tərəfi yoxdur. Çünki bu qətl bölgədəki müqavimət cəbhəsinə, xüsusilə Fələstin müqavimətinə zərrə qədər mənfi təsir buraxmayacaq, əksinə, müqavimətin əzmini və gücünü daha da artıracaq. Hadisənin İranda Müqavimət Cəbhəsinin mərkəzi olan paytaxt Tehranda baş verməsi həzm olunması asan hadisə olmadığı üçün psixoloji aspektləri baxımından kifayət qədər ağırdır.