Sionist rejimin başçısı ortodoks yəhudilər ilə Benyamin Netanyahunun kabinetinin əleyhdarları arasında baş verən daxili ziddiyyətlərdən təəssüfləndiyini bildirib və Təl-Əvivdəki vəziyyəti “dəhşətli və sarsıdıcı” adlandırıb.
“I24” saytının xəbərinə görə, Hersoq sionistlərin Kəffarə günü müharibəsinin 50-ci ildönümünün rəsmi anım mərasimində çıxışı zamanı deyib: Bu xüsusi zamanda biz keçmişdən dərs almalı və yaxşı başa düşməliyik ki, daxili təhlükə İsrail üçün ən ağır təhlükədir.