Heç bir xəstənin müalicəsinə laqeyd yanaşmadıq - Ərdoğan

Heç bir xəstənin müalicəsinə laqeyd yanaşmadıq - Ərdoğan

"Yeni növ koronavirus (Covid-19) epidemiyası müddətində 150 ölkə və 6 beynəlxalq təşkilatının tibbi ləvazimat dəstəyi tələbini Türkiyə ödədi".

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaeli Universiteti Səhiyyə Qurumları və Araşdırma Mərkəzinin açılış mərasimində deyib.
Epidemiya dövründə sağlamlığa qoyulan investisiyaların dəyərinin yaxşı başa düşüldüyünü bildirən Ərdoğan "Şəhər xəstəxanalarımız ən çox istifadə etdiyimiz və qürur duyduğumuz tibb müəssisələrindən birinə çevrildi. Heç bir vətəndaşımızı xəstəxana qapısından qaytarmadıq, heç bir xəstənin müalicəsinə laqeyd yanaşmadıq. 50 ölkənin və 6 beynəlxalq təşkilatın səhiyyə avadanlıqlarını dəstəkləmək üçün yardım tələblərini təmin etdik" deyə bildirib. 

Xəbəri paylaş

VİDEOLAR