Heç bir vəchlə İran ərazisindən silah və sursat köçürülməsinə icazə verilməyəcək

Heç bir vəchlə İran ərazisindən silah və sursat köçürülməsinə icazə verilməyəcək

İran Xarici İşlər Nazirliyinin sözçüsü İran-Ermənistan istiqamətində hərbi sursat və silah tranziti xəbərini təkzib edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər  verir, Səid Xətibzadə deyib ki, İran İslam Respublikası heç bir vəchlə öz ərazisindən silah və sursat köçürülməsi üçün istifadə edilməsinə icazə verməyəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü müxbirlərin İran-Ermənistan istiqamətində hərbi sursat və silah tranziti barədə media tərəfindən irəli sürülən bəzi yalanlar və iddialar barədə belə söyləyib: İran İslam Respublikası ilə qonşu ölkələr arasında adi mülki əmtəə mallarının tranziti və yük maşınlarının gediş-gəlişi bir qayda olaraq, daima bərqərar olub və işarə olunan yük maşınları da sırf olaraq elə bu çərçivədə öz fəaliyyətləri ilə məşğuldurlar.

Xətibzadə vurğulayıb: İran İslam Respublikası ölkələrə əmtəə mal tranziti və hərəkəti prosesinə lazımi və dəqiq şəkildə nəzarət edir və heç bir vəchlə silah və sursat köçürmək üçün İran ərazisindən istifadə edilməsinə icazə verməyəcək.

Xəbəri paylaş

VİDEOLAR