"Heç bir qüvvə İslam Respublikasının möhkəm ağacını kökündən qopara bilməz"

İran İslam İnqilabının Rəhbəri İslam quruluşunun dünya gücləri qarşısında təslim olmadığını bildirərək, vurğulayıb: "İran İslam Respublikası quruluşu indi gövdəli bir ağaca çevrilib ki, bu ağacın kəsilməsini təsəvvür etmək belə mümkün deyil".

Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbərinin ofisinin informasiya portalının verdiyi məlumata görə, Ayətullah Xamenei 17 rəbiül-əvvəl, Əziz İslam Peyğəmbərinin (s) və İmam Cəfər Sadiqin (ə) mövludunun ildönümü münasibəti ilə İranın bir qrup dövlət rəsmiləri və Beynəlxalq İslami Vəhdət Konfransında iştirak edən qonaqlar ilə görüşüb. 
Görüşdə Ayətullah Xamenei "Müsəlmanların birliyi və dəyişkən dünyada yüksək mövqeyə sahib olmaq mümkündürmü?" sualını ünvanlayaraq, bildirib:

"Bəli, müsəlman xalqlar arasında birlik mümkündür, lakin bunun üçün səy və hərəkət, təzyiq və sıxıntılar qarşısında dayanmaq lazımdır".
İran İslam İnqilabının Rəhbəri bu kontekstdə ən çox ümidin İslam dünyasının elit təbəqəsinə və bəsirətli gənclərə və onların ictimai rəyi yönəltməkdəki roluna olduğunu vurğulayıblar və əlavə edib:

"Bunun reallaşmasının mümkünlüyünün bir nümunəsi İran İslam Respublikasıdır. Kiçik bir fidan ki, İmam Xomeyninin (r) rəhbərliyi altında o dövrün iki super gücü qarşısında dayandı və o fidan indi gövdəli bir ağaca çevrilib ki, onu kəsməyi ağlına gətirənlər belə yanılırlar". 
Ayətullah Xamenei daha sonra belə qeyd edib: "Biz böyük dövlətlər qarşısında dayandıq və irəli getdik, əlbəttə ki, müqavimətin də hər bir iş kimi çətinlikləri var, lakin təslim olanlar da çətinliklərlə üzləşirlər, bu fərqlə ki, müqavimət tərəqqiyə, təslim olmaq isə geriləməyə səbəb olur".
İran İslam İnqilabının Rəhbəri bəzi İslam ölkələrinin sionist rejimlə əlaqələrinin normallaşdırılmasını ən böyük xəyanətlərdən biri adlandırıb: "Bəziləri deyə bilər ki, indiki şəraitdə bəzi İslam ölkələrinin başçılarının mövcudluğu ilə vəhdətin reallaşması mümkün deyil. Amma İslam dünyasının ziyalıları, elitaları, arifləri düşmənin istədiyindən fərqli atmosfer yarada bilərlər, belə olan halda birliyə nail olmaq, daha asan olacaq". 
Ayətullah Xamenei İŞİD-in İraq, Suriya və Əfqanıstanda törətdiyi cinayətlərdən, xüsusilə də günahsız tələbələrin öldürülməsindən təəssüfləndiyini bildirib və əlavə edib ki, həm şiə və həm sünni tərəfdə şiəlik və ya sünniliklə heç bir əlaqəsi olmayan ekstremistlər var və onların əməllərindən İslam məzhəblərinə qarşı ittihamlar yaymaq üçün bəhanə kimi istifadə edilməməlidir və bir məzhəbdən tərəfdarlıq etmək adı ilə qarşı tərəfin hisslərini oyadanlar barəsində ciddi tədbirlər görülməlidir.
Ayətullah Xamenei Fələstində və İslam dünyasının digər bölgələrində artan sıxıntılar, təzyiqlər və qətlləri "İslam ümmətinin parçalanmasının" nəticəsi hesab edib, müsəlmanlar arasında ortaq nöqtənin mövcudluğuna toxunaraq, bildirib: "İslam Respublikası islami birliyə nail olmaq üçün əlindən gələni edib və bunun bariz nümunəsi Fələstindəki sünni qardaşlara hərtərəfli dəstəkdir və biz bunu tam qüvvə ilə davam etdirəcəyik".
İran İslam İnqilabının Rəhbəri İslam dünyasında formalaşan müqavimət cəbhəsinin İran İslam Respublikası tərəfindən dəstəkləndiyini vurğulayaraq, deyib: "Biz Allahın lütf və yardımına inanırıq və böyük İslam birliyi arzusunun əməli şəkildə reallaşmasına ümid edirik".

Xəbəri paylaş

VİDEOLAR