Həddad Adil: Əhmədinejadın prezidentliyə namizədliyi qəbul edilməyəcək

Həddad Adil: Əhmədinejadın prezidentliyə namizədliyi qəbul edilməyəcək

Həddad Adil bildirib ki, keçmiş prezident Mahmud Əhmədinejadın prezidentliyə namizədliyi qəbul olunmayacaq

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə "Entekhab" xəbər portalı məlumat yayıb.
Tehranda İslami Tələbələr Birliyinin Siyasi Konfransında çıxış edən İnqilabçı Güclər Koalisiyasının sədri Həddad Adil bundan əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də Mahmud Əhmədinejadın yenidən prezident olması üçün namizədliyi qəbul edilən deyil.
"Belə şey olmayacaq. Əvvəlki seçkidə də olmamışdı. Artıq 4 il keçdi və bu durum daha da pisləşdi. Hansı səbəblərə görə olmamışdısa (Əhmədinejadın namizədliyi) bu dəfə də bu səbəblər daha da artdı.", -deyə Həddad Adil bildirib.
Ölkənin müxtəlif bölgələrindən gələrək Əhmədinejadın Tehrandakı ofisini ziyarət edən və gələcək seçkilərdə namizəd olmasını istəyən xalqın istəklərinə baxmayaraq, sabiq prezident Mahmud Əhmədinejad hələ namizəd olub - olmayacağı ilə bağlı bir açıqlama verməyib.

Xəbəri paylaş

VİDEOLAR