Saxta sənədlərlə Həcc ziyarətinə səfər edənlər 10 il müddətində Səudiyyə Ərəbistanından deportasiya ediləcəklər.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, deportasiya zamanı həmin şəxslər növbəti 10 ildə nə Ümrəyə, nə də ki Həccə gedə bilməyəcəklər.
Sözügedən qayda Həcc və Ümrə Nazirliyi tərəfindən hər il zəvvarlara xatırladılır. Lakin buna baxmayaraq, belə hallar daim baş verir.
Xatırladaq ki, 2017-ci ildə təqribən 189 min zəvvarda saxta sənəd aşkarlanıb.