HDP-nin həmsədri Səlahətdin Dəmirtaş Davudoğlu haqqında danışdı
Rasthaber Azərbaycan xəbər verir ki, sabiq baş nazir Əhməd Davudoğlunun yeni partiya yaratmasına, kürd partiyası – HDP-nin həmsədri Səlahətdin Dəmirtaş münasibət bildirib.
Bu haqda “Cumhuriyet” qəzeti məlumat yazıb.
Məlumatda qeyd edilir ki, həbsxanada olan Dəmirtaş Davudoğlu haqda “qulaq asmaq qabiliyyəti yoxdur.” - deyə fikir bildirib.
Dəmirtaşın Davudoğlu ilə bağlı “Yaxın keçmişin memarı olduqları üçün onları yaxından tanıyırıq. Proqram və cizgiləri bir qırağa, Davudoğlunun qulaqasma qabiliyyəti yoxdur. Sadəcə danışır, dinləyir kimi göründüyündə də, içindən danışmağa davam edir. Belə bir “strateji dahi”nin edəcəyi ən mənalı şey - keçmiş illərə görə səmimi üzr istəmək və özünü tənqid etməkdir. Bunu etmədən siyasətdə yol tapa biləcəyini düşünmürəm.”