Həbsdə olan Şeyx Zəkzaki və həyat yoldaşının vəziyyəti pisləşib

Həbsdə olan Şeyx Zəkzaki və həyat yoldaşının vəziyyəti pisləşib

Bu haqda Nigeriya İslami Hərəkatının lideri Şeyx Zəkzakinin qızı Süheyla Zəkzaki açıqlama verib

Rasthaber Azərbaycanın xəbərinə görə, Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin qızı, ana və atasının vəziyyətinin pisləşdiyini bildirib.
Həbsxanada tibbi müaiyə və diqqət olmadığı səbəbilə valideynlərinin səhhətlərinin kritik olduğunu qeyd edən, Süheyla Zəkzaki "Şeyx Zəkzaki həbsxanada iki dəfə iflic olub və birdən çox güllə gilizinin bədənində olmasına görə, bəziyyəti daha da pisləşib.", -deyə vurğulayıb.
Anasının vəziyyəti haqqında danışan Zəkzakinin qızı deyib: "Beş güllə yarası almışdı, əməliyyat lazım idi. Amma belə bir əməliyyata izin verilmədi və ürəyində güclü ağrıları var."

Xəbəri paylaş

VİDEOLAR