Xəbər mənbələri cümə axşamı gecəsi elan ediblər ki, yüzlərlə insan Fələstinin işğal olunmuş Hayfa şəhərində sionist rejimin baş naziri Binyamin Netanyahunun məhkəmə islahatları üçün Nazirlər Kabinetinin planına etiraz olaraq nümayiş keçirib.
Az.rasthaber.com xəbər verir ki, İşğal olunmuş Fələstinin şimalında yerləşən Hayfa şəhərində yüzlərlə insan sionist rejimin baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyasının mübahisəli məhkəmə islahatı qanun layihəsinə etiraz etmək üçün Likud partiyasının təşkil etdiyi konfrans meydanı önünə toplaşıb.
Nümayişçilər “Siz diktaturanın ortağısınız, Hayfa liberal şəhər olaraq qalacaq” kimi şüarlar səsləndiriblər.
Qanunvericiliyə dəyişiklik layihəsinə etirazların davamında Netanyahunun həyat yoldaşı ilə getdiyi kurort bölgəsində onlarla sionist etirazçı Netanyahuya qarşı nümayiş keçirib və Netanyahunu bu əraziyə aparan karvanla eyni vaxtda şüarlar səsləndiriblər.
Sionist rejimin ekstremist kabinetinə və onun ziddiyyətli hərəkətlərinə qarşı etirazlar davam edir və ötən həftənin şənbə günü axşam saatlarında işğal olunmuş ərazilərdə belə etirazların 32-cisi keçirilib.