Hayfa müqavimətin hədəfi olmağa davam edir

Hayfa müqavimətin hədəfi olmağa davam edir

Sionist mediası dəfələrlə “şimalda sirenlərin səsi dayanmır, Hayfa bölgəsinə raket hücumları davam edir” xəbərini yayıb.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim mediası işğal olunmuş Fələstin ərazilərində Hayfanın şərqindəki bölgələrdə sirenlərin işə salındığını elan edib.

Tesnimin xəbərinə görə, şimalda siren səsləri, Hayfa bölgəsində isə raket hücumları davam edib.

Sionist mediası Hayfaya raket hücumundan sonra bu ərazilərdən tüstü qalxdığını və Livanın raket hücumlarından sonra Hayfanın şimalında böyük yanğının baş verdiyini bildirib.

Sionist medianın məlumatına görə, işğal olunmuş Fələstinin İordaniya sərhədində yerləşən Ramon hava limanında pilotsuz təyyarənin sızması səbəbindən təhlükə sirenləri səslənib.

Sionist mediası düşmən pilotsuz təyyarələrinin Vadi Araba bölgəsinə daxil olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR