6.07.2021 11:53:19
Nücəba Hərəkatının sözcüsü Mühəndis Nasil əl Şəmmari bu barədə danışıb
Rasthaber Azərbaycan xəbər verir ki, Nücəba Hərəkatının sözcüsü Mühəndis Nasil əl Şəmmari, İŞİD terror qruplaşmasına ABŞ hərbi dəstəyini isbat edən sənəd və videoların olduğunu bildirib.
Nücəba sözcüsü həmçinin Haşdi Şabinin havadan müdafiə sistemləri ehtiyacı olduğunu deyərək, bu hərəkata bu baxımdan dövlət dəstəyinin verilməsini istəyib.
O ABŞ-ın insan haqları baxımdan İraq xalqına qarşı qara arxivə malik olduğunu önə çəkərək "İraq höküməti millətimizin və ölkəmizin haqlarını müdafiə etməkdə ciddidirsə, Haşdi Şabi güclərinə çox sayda hücumları, İraqa itaətsizlik və xarici birliklərin dərhal geri çəkilməsini tələb edən parlament qərarı səbəbilə Vaşinqtona, BMT TŞ-na şikayət etməli, səfirini Bağdada geri çağırmalıdır.", - deyə qeyd edib.
Mühəndis Nasil əl Şəmmari Haşdi Şabinin İraq Ordusunun komandanlığı altında olduğuna işarə edərək "İşğalçılar müqavimət qrupları tərəfindən hədəf alınmaqdadır. İraq müqaviməti həmişə xarici güclərin varlığına qarşı olduğunu açıqladı və bu günə qədər əməliyyatların məsuliyyətini öz üzərinə götürdü.", -deyə əlavə edib.