4.12.2019 15:15:47
Haşdi Şabi" güclərinin komandan köməkçisi Əbu Mehdi əl-Mühəndisi etdiyi açıqlamada İŞİD-in yenidən xortlamasına izin verməyəcəklərini bildirib.
Rasthaber Azərbaycan xəbər verir ki, İraqın könüllü - "Haşdi Şabi" güclərinin komandan köməkçisi Əbu Mehdi əl-Mühəndisi etdiyi açıqlamada İŞİD-in yenidən xortlamasına izin verməyəcəklərini bildirib.
O "Haşdi Şabi gücləri İŞİD terror qruplaşması ilə mübarizəyə hazırdır. Nə olursa olsun İŞİD ünsürlərinin İraqa geri dönməsinə izin verməyəcəyik", -deyə qeyd edib.
Haşdi Şabu güclərinin komandan yardımçısının ofisindən verilən açıqlamada qeyd edilri ki, Əbu Mehdi Əl-Mühəndisi, Haşdi Şabinin 20-ci briqada komandiri Əhməd Əl-Təmimiyi ziyarət sırasında "Haşdi Şabi komandirlərinin. müxahid əsgərlərinin yanında ön səflərdə yer alması və qanlarının axması, məsuliyyətlərinin göstəricisi olaraq vətənlərinə və xalqına bağlılıqlarının sübutudur", - bildirilib.
Haşdi Şabi iki gün öncə bir bəyanat yayımlamışdı.
Bəyanatda İŞİD-dən xilas edilən bölgələr, İraqın kritik təhlükəsizlik və siyasi şərtlərindən yararlanmayı hədəflyən İŞİD terrorçuları tərəfindən bir neçə gündür hücuma məruz qaldıqlarını önə çəkmişdilər.