Kərkükün cənub qərbində bir kəndə hücumu nəticəsində “Haşdi Şabi”nin 4 üzvü qətlə yetirilib.
İŞİD terror qruplaşmasının Kərkükün cənub qərbində bir kəndə hücumu nəticəsində “Haşdi Şabi”nin 4 üzvü qətlə yetirilib.
Rasthaber Azərbaycan İraq mediasına istinadən xəbər verir ki, “Haşdi Şabi” açıqlamasında toqquşma haqqında məlumat verib.
“Kərkükdə bir kənddə İŞİD terrorçuları ilə bir toqquşmada 4 Haşdi Şabi üzvü şəhid oldu. Bir neçə terrorçu zərərsizləşdirildi. Sami Asi kəndinə hücumun qarşısı alındı.”, -deyə məlumatda bildirilir.
Neynəvada isə güc strukturları 10 İŞİD terrorçusunun həbs edildiyini açıqlayıblar, anti-terror əməliyyatları davam edir.