28.06.2021 12:06:12
HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə səfərlərindən sonra dünən Livana daxil olub.
Rasthaber Azərbaycan xəbər verir ki, İsmayıl Haniyə Livan səfərini yüksək dəyərləndirib.
HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə səfərlərindən sonra dünən Livana daxil olub.
Bazar günü Beyruta gələn Haniyə jurnalistlərin suallarını cavablandırıb.
Haniyə bu səfərin məqsədinin müqavimətin Qüdsün Qılınc Müharibəsindəki son zəfərindən faydalı olduğunu ifadə edərək "Livana edilən səfər hər zaman özəl bir önəmə sahibdir, çünki prezidentindən məclis spikerinə qədər bu ölkənin rəsmilərilə bir araya gəlmək üçün yaxşı bir fürsətdir, həmçinin Fələstinli qrupların liderləri, müqavimət gücləri və Livanlı partiya və təşkilatlarla görüş imkanı da olur.", -deyə bildirib. (az.rasthaber.com)
Haniyə səfərinin gündəmini sıralayaraq, işğalçı ejimin Qüdsdə və digər işğal altındakı torpaqlarda davam edən hücumlarının, Fələstin xalqının prinsiplərinin, xüsusilə geri dönüş haqqı və alternativ bir vətənə qalıcı olaraq yerləşdirmə mövzusuna qarşı çıxma prinsiplərinin vurğulanmasının Beyrutta ediləcək görüşlərin ən önəmliləri olacağını önə çəkib.