1.07.2021 11:05:17
İsmayıl Haniyə fələstinlilərin vətənlərinə dönmə haqqından vaz keçməyəcəklərini bildirib
Rasthaber Azərbaycan xəbər verir ki, HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə Livandakı fəlsətinli qruplarla görüşündə bu haqda danışıb.
"Fələstinli qaçqınların torpaqlarına dönmə haqqından vaz keçən deyilik. 7 milyon fələstinli qaçqın Fələstindəki şəhər və kəndlərinə geri dönüşü, vaz keçməyəcəyimiz qanuni haqıdır. Bu hədəfə çatmaq üçün lazım olan hər şeyi edəcəyik.", -deyə Haniyə bildirib.
Qüds Qılıncı əməliyyatlarına da toxunan HƏMAS lideri "Bu müharibə, Fələstin xalqını vətənində və vətəndən xaricdə müqavimət seçimi üzərində birləşdirdi və bütün fələstinlilər müqaviməti və Əl-Qəssam komandiri Məhəmməd əl Zeyfi dəstəkləmək üçün hayqırdı.", -deyə əlavə edib.
Haniyə daha sonra deyib: "Müqavimətin bir çox üstünlükləri var və işğalçılara qarşı bir çox younu dəyişən vəziyyət yarada bildi. Qəzzanı yenidən biz inşa edəcəyik."
Qeyd edək ki, HƏMAS lideri Livan səfərində Hizbullah lideri Seyid Həsən Nəsrullahla da görüşmüşdü.