Haniyə: ABŞ xəstəxanaya hücuma görə məsuliyyət daşıyır

Haniyə: ABŞ xəstəxanaya hücuma görə məsuliyyət daşıyır

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə sionist İsrailin Qəzzada Əl-Əhli-Bəptist xəstəxanasına hücumuna görə ABŞ-ı məsuliyyət daşıyıb.

Az.rasthaber.com xəbər verir ki, Haniyə yayımladığı videoyazıda deyib:

İsrailin bu bombardmanı düşmənin vəhşiliyini və müqavimət qarşısında aldığı böyük məğlubiyyəti sübut edən bir qırğındır.

ABŞ İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumuna görə məsuliyyət daşıyır”.

Haniyə daha sonra bildirib:

"Bu qətliam Fələstinin işğalından sonra sionistlərin həyata keçirdikləri qırğınlar silsiləsində öz yerini tutub. Bu, onların xüsusiyyətidir. Qırğınlar törətmək onların xüsusiyyətidir".

İsrailin dəyərlərə, adət-ənənələrə və qanunlara hörmət etmədiyini bildirən Haniyə, eyni yerdə kilsələrə, məscidlərə və xəstəxanalara hücum edən düşmənin və onu qınamayanların bu qırğın və soyqırımın məsuliyyətini daşıdığını qeyd edib.

İşğal bitənə qədər müqavimətin davam edəcəyini” vurğulayan Haniyə Fələstin xalqını “Bütün şəhərlərdə və bütün küçələrdə, xüsusilə İordan çayının qərb sahilində işğalçılara və məskunlaşanlara qarşı durmağa” çağırıb.

Xəbəri paylaş

VİDEOLAR