Bir gündə 174 nəfər koronavirusa yoluxub.
Rasthaber Azərbaycan islamazeri.com-a istinadən xəbər verir ki, İsraildə koronavirus xəstələrinin sayı hər gün sürətlə artır. Bir gündə 174 nəfər koronavirusa yoluxub.
Ümumi say isə 7030 nəfərə çatıb.
İsrail alimləri koronavirusla bağlı çox qorxulu açıqlamalar vermişdi. The Times Of Israel qeyd etmişdi ki, epidemiyanın çox pis ssenarisi baş verərsə 1 milyon 440 min nəfər İsraildə COVİD-19-a yoluxacaq, 21600 nəfər dünyasını dəyişəcək.
Worldometers göstəricilərinə əsasən İsrail koronavirusa yoluxmaya görə, hazırda dünya üzrə 18-ci yerdədir.
Lakin əhali sayına baxdıqda əhalisinin sayı 10 milyondan aşağı olanlar arasında İsrail ilk 3-lükdədir. Belə ki, yoluxma ilə bağlı əhali sayına görə liderlik edən, lakin əhalisinin sayı az olan İsveçrə, Avstriya ilə eyni sırada olan İsraildə koronavirusa yoluxma tempi də yüksəkdir. İsveçrədə yoluxma sayı 18,827 əhalisinin sayı - 8 847 020, Avstriyada yoluxma sayı 11,224 - əhalisinin sayı 8 716 681-dir. İsraildə yoluxma sayı 7030, əhali sayı 8 833 594-dür.
Onu da qeyd edək ki, ötən günlərdə Netanyahu əgər İsraildə tədbir görülməsə, koronavirusa yoluxanların sayı 1 milyona çatacağını demişdi.
İsrailin 7kanalı bu xəbəri yayaraq Netanyahunun belə dediyini qeyd etmişdi: "Mən dünyada bu məsələ ilə bağlı nə baş verdiyini izləyirəm. Mən müxtəlif ssenariləri müqayisə edirəm, mütəxəssislərlə məsləhətləşirəm. Bizdə koronavirusa yoluxma sayının tempi çox yüksəkdir. Əgər keçən həftə 500 nəfər bu xəstəliyə yoluxmuşdusa, indi bizdə bu say 1600-dür. Belə çıxır ki, gələn həftə on minlərlə olacaq? Əgər tez bir zamanda bunun qarşısı alınmasa milyon insan koronavirusa yoluxacaq."