Hakerlər Sionist Hərbi Hava Qüvvələrinin saytına hücum ediblər

Hakerlər Sionist Hərbi Hava Qüvvələrinin saytına hücum ediblər

Az.Rasthaber.com xəbər verir ki, məlumata görə, hakerlər sionist rejimin hava qüvvələrinin internet saytına hücum edərək, onu və radar sistemlərini sıradan çıxarıblar.

Sionist mediası hücumun kütləvi olduğunu və çərşənbə günü baş verdiyini bildirib. Media daha ətraflı məlumat verməyib.

Hücum son bir neçə ayda e-poçt və mobil xidmətlərdən tutmuş bank sisteminə qədər internet saytlarını hədəf alan əsas İsrail hədəflərinə edilən silsilə hücumların sonuncusudur.

Özünü “Sudan Anonim” adlandıran qrup bu hücumların əksəriyyətinə görə məsuliyyəti öz üzərinə götürüb.

Xəbəri paylaş

VİDEOLAR