Hacı Zülfüqar Mikayılzadə Rusiyada saxlanıldı

Hacı Zülfüqar Mikayılzadə Rusiyada saxlanıldı

Tanınmış ruhani Hacı Zülfüqar Mikayılzadə Rusiyada saxlanılıb

Az.rasthaber.com xəbər verir ki, tanınmış ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadə ötən gün noyabrın 15-də Rusiya Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Məlumat sosial media üzərindən paylaşılıb. Əyyami Fatimiyyə məclislərində iştirak üçün ilahiyyatçı Moskvadan İjevsk şəhərinə uçarkən bu şəhərin hava limanında saxlanılıb. Onun hansı səbəbdən saxlanılnması hələlik məlum deyil. Məsələ ilə bağlı hüquqi tərəflər aydınlaşdırılır.

Xatırladaq ki, Hacı Zülfüqar Mikayılzadə 2015-ci il məlum Nardaran hadisələri zamanı gerçəkləşən kütləvi həbslər zamanı saxlanılmış və 17 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa qovuşan ilahiyyatçı bir müddət Azərbaycanda qaldıqdan sonra müalicə məqsədi ilə Rusiyaya, Moskva şəhərinə gəlmişdi. Burada olduğu müddətdə inanclıların onu Moskvanın cənubunda yerləşən məscidə dəvəti onun burada fəaliyyət göstərməsinə səbəb olmuşdu. Saxlanılan günə qədər Quran hafizi burada cümə namazı qılaraq xütbələr etmişdi.

 

Xəbəri paylaş

VİDEOLAR