Hacı Sərdar karsa salınıb

Hacı Sərdar karsa salınıb

Sərdar Babayev cəzaçəkmə müəssisəsinə gəldikdən dərhal sonra nizam-intizamın pozulması haqqında akt tərtib edilərək, cəza kamerasına salınıb

Rasthaber Turan-a istinadən xəbər verir ki, həbsdəki ilahiyyatçı Sərdar Babayev cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra karserə salınıb, bu barədə onun vəkili Elçin Sadıqov bildirib. 

O, fevralın 12-də Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində Babayevə baş çəkib. Babayev yanvarın 25-də Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməkdən imtina etdikdən və ittiham hökmü qüvvəyə mindikdən sonra İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülüb.

Sərdar Babayev cəzaçəkmə müəssisəsinə gəldikdən dərhal sonra nizam-intizamın pozulması haqqında akt tərtib edilərək, cəza kamerasına salınıb. Sərdar Babayev aktı imzalamaqdan, öz əleyhinə hər hansı ifadə verməkdən imtina edib və indiyədək karserdə saxlanılır, deyə Sadıqov bildirib.

Babayev vəkilə deyib ki, cəzaçəkmə müəssisəsinin yüksək rütbəli məmurlarından biri onun karserə salınması haqqında qərarın "yuxarıdan" gəldiyini və onun qapalı Qobustan həbsxanasına göndərilməsi üçün zəmin hazırlandığını bildirib.

Vəkil qeyd edib ki, Penitensiar Xidmətin və 7 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə Babayevə intizam cəzası verilməsinin rəsmi səbəblərinin izah edilməsi xahişi ilə rəsmi müraciətlər göndərib.

Xəbəri paylaş

VİDEOLAR