Haaqa məhkəməsi Fələstin ərazilərində hərbi cinayətləri araşdırır

Haaqa məhkəməsi Fələstin ərazilərində hərbi cinayətləri araşdırır

Haaqa Beynəlxalq Cinayətlər Məhkəməsinin baş prokuroru açıqlayıb

Haaqa Beynəlxalq Cinayətlər Məhkəməsinin baş prokuroru çərşənbə günü Fələstin ərazilərindəki hərbi cinayətlərə dair istintaqın başlandığını elan edib.

Fatu Bensoda istintaqın “prinsipial və bitərəf” yanaşma şəraitində aparılacağını və 2014-cü ilin iyun ayından bəri törədilən cinayətləri araşdıracağını deyib.

“Narahatlıqların mərkəzində zorakılıqlar və sabitsizlik dalğasında həm fələstinlilər, həm də israillilər olmaqla, cinayətlərin qurbanları yer alır” - deyə, Bensoda bildirib.

Çərşənbə günü verilən açıqlama İsrail və ABŞ tərəfindən tənqidlərə səbəb olsa da, fələstinlilər və insan haqları qrupları bu addımı yüksək qiymətləndirib.

Xəbəri paylaş

VİDEOLAR