Gürcüstanın XİN başçısı COVİD 19-a yoluxub

Gürcüstanın XİN başçısı COVİD 19-a yoluxub

Gürcüstanın xarici işlər naziri David Zalkaliani koronavirusa yoluxduğunu açıqlayıb

Rasthaber Azərbaycan Gürcü mediasına istinadən xəbər verir ki, bu barədə o özünün Facebook səhifəsində yazıb:

“Bu il yanvarın 23-də yoluxmuş şəxslə təmasdan sonra özümü təcrid etdim. Müəyyən olunmuş vaxtdan sonra PCR testi verdim. Nəticədə COVID-19 infeksiyası məndə də təsdiqləndi. Hazırkı mərhələdə özümü yaxşı hiss edirəm. Bütün protokollara əməl edərək evdə müalicə olunuram. Tezliklə normal həyat rejiminə qayıdacağıma ümid edirəm. Dəstək üçün hər kəsə təşəkkürümü bildirirəm. Bir birinizi qoruyun, risklərdən çəkinin, maksimal müdafiə Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməkdir”.

Xəbəri paylaş

VİDEOLAR