Qaxariyanın sözlərinə görə, Rusiyanın Qara dəniz regionundakı fəaliyyət və siyasəti “aqressiyadır”.
Rasthaber “Russia Today”-a istinadən xəbər verir ki, Gürcüstanın Avro-Atlantik təhlükəsizlik məkanına və NATO-ya inteqrasiya yolu qaçılmazdır.
Bu barədə Gürcüstan Baş naziri Giorgi Qaxariya bildirib.
“Qeyd etmək istəyirəm ki, Gürcüstanın Avro-Atlantik təhlükəsizlik məkanı və NATO-ya inteqrasiya yolu qaçılmazdır”, – deyə o qeyd edib.
Qaxariyanın sözlərinə görə, Rusiyanın Qara dəniz regionundakı fəaliyyət və siyasəti “aqressiyadır”.
Gürcüstanlı Baş nazir bildirib ki, hazırkı mərhələdə ölkə Böyük Britaniya mütəxəssislərinin köməyi ilə kibertəhlükəsizlik üzrə milli kompleks strategiya hazırlanmaqdadır.