Gürcüstanın müxalif siyasətçisi, sabiq mer həbs edildi

Gürcüstanın müxalif siyasətçisi, sabiq mer həbs edildi

Qiqi Uqulavanın 3 il 2 ay müddətində həbsinə qərar verib.

Gürcüstan Ali məhkəməsi müxalif "Avropalı Gürcüstan" partiyasının liderlərindən biri olan Qiqi Uqulavanın fond məsələsi ilə əlaqədar məbləğin mənimsənilməsində təqsirli bilib.

Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, məhkəmə Qiqi Uqulavanın 3 il 2 ay müddətində həbsinə qərar verib.

Məhkəmə müxalif liderin Tbilisi İnkişaf Fondundan məbləğ mənimsəməkdə təqsirli bilib.

Q.Uqulava dövlət tərəfindən Tbilisi İnkişaf Fondunundan 48 milyon lari məbləğin mənimsənilməsində ittiham olunur.

Müxalif siyasətçi özü Gürcüstan Dаxili İşlər Nаzirliyinə (DİN) gəlib.

G.Uqulava DİN-nin binasına daxil olmazdan əvvəl tərəfdarları ilə vidalaşıb. O, mübarizəni davam etdirəcəyini qeyd edib. Sabiq mer tezliklə Matrosovlar adlandırılan həbsxanaya köçürüləcəyi qeyd edilir.

Xəbəri paylaş

VİDEOLAR