Gürcüstanda yeni məhdudiyyətlər qüvvəyə minsə də, Baş nazir "tam qapanma"nı istisna etdi

Gürcüstanda yeni məhdudiyyətlər qüvvəyə minsə də, Baş nazir

Gürcüstan Qurumlararsı Koordinasiya Şurası dünənki iclasında yeni məhdudiyyətləri açıqlayıb

Rasthaber Azərbaycan Gürcü mediasına istinadən xəbər verir ki, Gürcüstan Qurumlararsı Koordinasiya Şurası dünənki  iclasında bir sıra məhdudiyyətlərin tətbiqi haqda qərar qəbul edib.

Qərara əsasən, 14 avqustdan 4 sentyabradək aşağıdakı məhdudiyyətlər qüvvədə olacaq:

  • Bələdiyyə nəqliyyatının hərəkəti məhdudlaşdırılacaq. Məhdudiyyət şəhərlərarası nəqliyyata şamil edilmir;
  • Qidalanma məntəqələrinin işi 00:00-dək əvəzinə 23:00-dək icazəli olacaq;
  • Dövlət qurumlarına əməkdaşlarını imkan daxilində distant rejimə keçimək tapşırılır və Şura özəl işəgötürənlərə də analoji məsləhətlər verir;
  • Hərbi həkimlər tərəfindən komplektləşdirilmiş briqadalar vaksinasiyaya çıxışı maksimum genişləndirmək üçün vaksinasiya prosesinə cəlb ediləcəklər. Bələdiyyə nəqliyyatının hərəkətinin məhdudlaşdırılması şəraitində dövlət əhalinin əsas vaksinasiya məntəqələrinə müntəzəm daşınmasını təmin edəcək;
  • Səhiyyə Nazirliyi əlavə yataqların səfərbər edilməsi üzrə işi davam etdirəcək;
  • Mövcud tənzimləmələrə, o cümlədən də toylar, yaslar kimi ictimai tədbirlərin keçirilməsi də daxil olmaqla, riayət edilib-edilməməsinə nəzarət maksimum gücləndiriləcək. Xatırladaq ki, bu cür tədbirlərin keçirilməsinə görə obyektlər 10 min lari məbləğində cərimələnəcək, təkrar pozuntu halında isə məkan möhürlənəcək;
  • Festivallar, əyləncəvi tədbirlər, konsertlər və idman yarışları tam məhdudlaşdırılır.

    Həmçinin bugünkü iclas zamanı sentyabrdan qidalanma obyektləri, spa, fitnes mərkəzləri və digər analoji təsisatlardan yalnız vaksinasiya (tam ya 1 doza), PZR-test və test əsasında istifadəyə icazənin verilməsinə dair də məsləhət verilib.

Qaribaşvili isə koronavirusla mübarizədə lokdaunun işə yaramadığını bildirib.

Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib: “Bütün metodlar artıq təcrübədən keçirilib – qapanmalar, məhdudiyyətlər.”

Qaribaşvili COVID-19 ilə mübarizə yolu olaraq vaksinasiyanı göstərib.

Baş nazir deyib ki, Gürcüstan koronavirusla yanaşı iqtisadiyyatın qorunub saxlanılması üçün də mübarizə aparmalıdır.

Xəbəri paylaş

VİDEOLAR