Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin məlumatlarına əsasən “Gürcü Arzusu” 48,56%, “Milli Hərəkat” 31,23%-ə sahibdir.
Rasthaber Azərbaycan xəbər verir ki, ümumilikdə 3743 məntəqədən 1446 məntəqənin (38,63%) səsləri sayılıb.
İlkin nəticələr belədir:
- “Gürcü Arzusu – Demokratik Gürcüstan” 237.389 səs (48.56%)
- “Vahid Milli Hərəkat” 152.665 səs (31.23%)
- “Qaxariya – Gürcüstan üçün” 33.567 səs (6.87%)
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin məlumatlarına əsasən, mer seçkilərinin ikinci turu ən azı 20 şəhərində keçiriləcək. İkinci turlar ölkənin ən böyük beş şəhərində – Tbilisi, Rustavi, Batumi, Zuqdidi və Kutaisi təşkil olunacaq. Bütün hallarda mübarizə hakim Gürcü Arzusunun namizədləri ilə ölkənin ən böyük müxalifət partiyası Vahid Milli Hərəkat arasında davam edəcək.