Gürcüstanda parlament seçkiləri keçirilir

Gürcüstanda parlament seçkiləri keçirilir

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.

Az.rasthaber.com xəbər verir ki, səsvermə yerli vaxtla 8:00-da başlayıb.

Qeyd edilib ki, qanunverici orqana seçkilər ilə bağlı ölkə daxilində 3 044, ölkə xaricində isə 67 seçki məntəqəsi fəaliyyət göstərir.

Ümumilikdə 3 508 294 nəfərin seçkilərdən iştirak etmək hüququ var.

İlk dəfə səsvermə hüququndan istifadə edəcək gürcüstanlıların sayı 135 922 nəfərdir.

Səsvermə 20:00-da başa çatacaq.

Xəbəri paylaş

VİDEOLAR