Gürcüstan Baş naziri İrakli Qaribaşvili bununla bağlı amnistiya elan edib.
Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, əhalinin təcrid, karantin və maska rejimi bağlı qayda pozuntularına görə bütün cərimələri silinir.
Gürcüstan Baş naziri İrakli Qaribaşvili bununla bağlı amnistiya elan edib.
“Bu gün parlamentə iki qanun layihəsi daxil edilib. Onlar pandemiya dövründə tənzimləmələrin pozuntusuna görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə aiddir”, – deyə o, qeyd edib.
Qaribaşvili bildirib ki, sözügedən təşəbbüs çərçivəsində 245 mindən çox sıravi vətəndaş və 344 hüquqi şəxs inzibati və cinayət məsuliyyətindən azad ediləcəklər. Söhbət təcrid, karantin və maska qaydalarının pozulması ilə bağlı yazılmış 74 milyon larilik ödənilməmiş cərimələrdən gedir.
“Biz bu qərarı, şübhəsiz, pandemiyanın səbəb olduğu ağır sosial-iqtisadi vəziyyəti nəzərə alaraq qəbul etdik. Biz çox gözəl anlayırıq ki, virusun idarəedilməsi zamanı tənzimləmələrə riayət zəruri idi, lakin vətəndaşlarımızın iqtisadi vəziyyətinin yumşaldılması da mühümdür. Sözügedən təşəbbüs məhz buna əsaslanıb”, – deyə Qaribaşvili əlavə edib.