Gürcüstanda növbədənkənar parlament seçkiləri olmayacaq

Gürcüstanda növbədənkənar parlament seçkiləri olmayacaq

2020-ci ildə seçilmiş parlamentin səlahiyyət müddəti 2024-cü ildə bitir.

Rasthaber Azərbaycan xəbər verir  ki, “Gürcü Arzusu” (GA) partiyasının sədri növbədənkənar parlament seçkiləri barədə danışıb.

“Biz növbədənkənar parlament seçkiləri təyin etməyəcəyik”, – deyə o, bəyan edib.

“(Şarl Mişeli) saziş(i) ləğv edilib və biz gələcəkdə heç vaxt bu tipdə saziş rəsmiləşdirməyəcəyik. Orada müvəqqəti olaraq konstitusiyon çərçivədən kənara çıxmaq barədə söhbət gedirdi, lakin belə bir şey baş verməyəcək. 2024-cü ilədək heç bir vaxtından əvvəl seçkilər olmayacaq”, – deyə Kobaxidze qeyd edib.

Xatırladaq ki, 2020-ci ildə seçilmiş parlamentin səlahiyyət müddəti 2024-cü ildə bitir.

Xəbəri paylaş

VİDEOLAR