Gürcüstan parlamenti 3-cü – yekun oxunuşda Mədəniyyət və İdman Nazrliyinin 2 (iki) quruma bölünməsi haqda qanun layihəsini qəbul edib.
Az.rasthaber.com “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bununla da artıq ölkədə 12 nazirlik olacaq.
Düzəlişləri hakim “Gürcü Arzusu” partiyasından olan 87 deputat dəstəkləyib. 61 mandat olan müxalifət iə qanunverici orqanın işində iştirak etmir.
Qanun layihəsinin qüvvəyə minməsi üçün prezidentin imzası lazımdır. Əgər preziden bunu etməkdən imtina etsə, 10 gündən sonra parlament sədri sənədə imza ata bilər.
Yenidən təşkildən sonra Tinatin Ruxadze Mədəniyyət Nazirliyinə başçılıq etməyə davam edəcək, hazırda Ruxadzenin müavini olan Şalva Qoqoladzenin isə idman naziri təyin edilməsi planlaşdırılır.
Yenidən təşkil prosesi 2025-ci il 1 yanvarda başa çatacaq. Parlamentin 10 dekabrda qəbul etdiyi 2025-ci ilin dövlət büdcəsində nazirliklərin bölünməsi nəzərə alınıb.
Mədəniyyət Nazirliyinin büdcəsi 297,6 milyon lari, yeni İdman Nazirliyində isə 298,4 milyon lari olaraq nəzərdə tutulub.