Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabuniya bu haqda danışıb
Rasthaber Azərbaycan xəbər verir ki, bunu Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.
Onun sözlərinə görə, yaxın zamanda ölkədə kovid-pasportlarının verilməsi praktikası tətbiq ediləcək.
Qabunya qeyd edib ki, bu istiqamətdə işlər artıq başlayıb.
“Biz həqiqətən də birgə kovid-pasportlarını gözdən keçiririk. Kovid-pasportlarda əks olunacaq əsas parametrlər üzrə işlər aparılır. Bunlar mütləq şəkildə vaksinasiya tarixçəsi, keçirilmiş xəstəlik tarixçəsi və bəzi hallarda da, PZR-testin nəticələri olacaqlar. Ona görə də işlər aparılmaqdadır və biz düşünürük ki, bu praktika qısa müddətdə tətbiq ediləcək”, – deyə o bildirib.