Gürcüstanda koronavirusla bağlı son iki gündə artım müşahidə olunur

Gürcüstanda koronavirusla bağlı son iki gündə artım müşahidə olunur

Gürcüstanda dünən 24, bu gün 12 yoluxma var

Rasthaber Azərbaycan xəbər verir ki, Gürcüstanda daha 12 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1085 -ə çatıb, onlardan 911 nəfər sağalıb, 16 nəfər ölüb.  Karantin rejimində 5724 vətəndaş, stasionarlarda isə 247 nəfər qalır.

Xəbəri paylaş

VİDEOLAR