Gürcüstanda koronavirusdan sağalanların siyahısına daha 10 nəfər əlavə edilib.
Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, bu barədə məlumat, Gürcüstan hökuməti tərəfindən yaradılmış, ctopcov.ge saytında dərc edilib.
Beləliklə, ölkədə koronavirusdan sağalanların sayı 178-ə çatıb.
Mövcud məlumata görə, Gürcüstanda bu günədək koronavirusa 517 yoluxma halı qeydə alınıb. Virus nəticəsində həyatını itirənlərin sayı isə 6 nəfər təşkil edir.