Gürcüstanda koronavirusa yoluxmada ciddi artım

Gürcüstanda koronavirusa yoluxmada ciddi artım

Gürcüstanda koronavirusun 569 yeni halı qeydə alınıb.

Rasthaber xəbər verir ki, bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə bildirilib.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 12 841 halı təsdiq olunub, 6 867 vətəndaş sağalıb.

Gürcüstanda koronavirusdan daha doqquz pasiyent vəfat edib və virusdan ölənlərin ümümi sayı 102-ə çatıb.

Karantin rejimində 5 590 vətəndaş, stasionarda müşahində altında 836 vətəndaş olduğu önə çəkilir.

Xəbəri paylaş

VİDEOLAR