Gürcüstanda koronavirusa yoluxanların sayı yenidən artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı yenidən artıb

Ölkədə koronavirusa yoluxanların sayı 4 nəfər artaraq 420-yə yüksəlib.

Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, bu barədə hökumətin koronavirusla bağlı yaratdığı stopcov.ge xüsusi rəsmi saytında qeyd olunub.

Qeyd edək ki, ölkədə indiyədək COVID-19-a yoluxanların 107-si sağalıb, 5-i isə dünyasını dəyişib.

Hazırda ölkə üzrə karantində 5 223, stasionar nəzarətdə isə 584 nəfər saxlanılır.

Xəbəri paylaş

VİDEOLAR