Gürcüstanda koronavirusa görə məhdudiyyətlər yumşaldılacaqmı?

Gürcüstanda koronavirusa görə məhdudiyyətlər yumşaldılacaqmı?

Ölkənin Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin (XNMM) direktoru Amiran Qamkrelidze bu suala cavab verəcək

Rasthaber Azərbaycan Gürcü mediasına istinadən xəbər verir ki, ölkənin Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin (XNMM) direktoru Amiran Qamkrelidze məhdudiyyətlərin yumşaldılması barədə danışıb.i

Onun fikrincə, Gürcüstanda koronavirusla bağlı vəziyyətin sabitləşmə elementləri yaranıb və əldə edilən nəticəni möhməklətmək lazımdır.

XNMM-in Şuraya öz məsləhətlərini təqqdim etdiyini deyən Qamkrelidze bildrib ki, “biz daha radikal mövqe tərəfdarıyıq”.

“Biz heç bir ciddi yumşalma məsləhət görmürük, çünki ölkədə stabilləşmə tendensiyası yaranıb və biz bunu puç etməməliyik”, – deyə o, qeyd edib.

Gündəlik 2000-3000 yoluxma halının Gürcüstandan üçün olduqca çox olduğunu vurğulayan XNMM direktoru bu rəqəmlərin ölkənin səhiyyə sektoruna böyük təzyiq göstərdiyini əlavə edib.

“Tibbi personal çox yorulub. Bildiyiniz kimi, bizdə hər gün 30-40 ölüm halı olur, 50 ölüm halının olduğu gün də olub” deyən Qamkrelidze ağır xəstələrin sayının 1100-dən çox olduğunu və onların da 417-sinin süni nəfəs aparatına qoşulu olduğunu qeyd edib.

“Bütün bunlar tibb sektoruna ciddi təsir göstərir. Buna görə də biz ciddi yüngülləşmə məsləhət görə bilmərik”, – deyə o, sözünə davam edib.

Xəbəri paylaş

VİDEOLAR