Gürcüstanda koronavirus məhdudiyyətləri yumşaldılır - SƏBƏB

Gürcüstanda koronavirus məhdudiyyətləri yumşaldılır - SƏBƏB

Yumşaldılmış məhdudiyyətlər rejimi 2 yanvaradək davam edəcək.

Rasthaber Azərbaycan  xəbər verir ki, Gürcüstanda iri ticarət mərkəzləri, həmçinin topdan və pərakəndə ticarət mağazaları qəbul edilmiiş məhdudiyyətlərin yumşaldılması çərçivəsində öz işini bərpa edəcəklər.

Qərar hökumət tərəfindən qəbul edilib.

Yumşaldılmış məhdudiyyətlər rejimi 2 yanvaradək davam edəcək.

1 yanvara keçən gecə insanların gecə vaxtı – 21:00-dan 05:00-dək hərəkət etməsinə tətbiq edilən qadağa aradan qaldırılacaq.

Gürcüstan hökumətinin qərarına əsasən, ticarət mərkəzləri 07:00-dan 19:00-dək işləyəcək və hər 20 kvadrat metr sahəsə yalınz 1 nəfər buraxılacaq.

Mehmanxanalardakı restoranlar da işləyəcəklər, lakin 21:00-dək. Adi restoran və kafelər isə çatdırılma reijmində işləməyə davam edəcəklər.

Gürcüstan nazirlər kabinetinin planına əsasən, 3 yanvardan ölkədə yenidən sərt məhdudiyyətlər rejimi qüvvədə olacaq.

Xəbəri paylaş

VİDEOLAR