Gürcüstanda keşişlər arasında silahlı insident

Gürcüstanda keşişlər arasında silahlı insident

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Şida Kartlidə polis silahın qanunsuz əldə olunması, saxlanılması və qəsdən adam öldürməyə cəhddə ittiham olunan bir nəfəri saxlayıb.

Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunun ki, saxlanılan 1986-cı il təvəllüdlü şəxs Qorinin Rieti kəndində ehtimala görə avtomatdan zərərçəkənin olduğu avtomobilə atəş açıb. Bundan sonra o, hadisə yerindən qaçıb. Həmin şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

Yerli mətbuatın yazdığına görə, insident Kareli rayonundakı Kintsvisi məbədinin din xadimləri arasında baş verib. Avtomatla atəş açan şəxs məbədin baş keşişi Davit ata, zərərçəkən şəxs isə baş rahib Saba Jqenti olub.

Xəbəri paylaş

VİDEOLAR