Gürcüstanda karantin rejimi yumşaldılır; Açıq bazarlar açılır, taksi fəaliyyəti sərbəstdir

Gürcüstanda karantin rejimi yumşaldılır; Açıq bazarlar açılır, taksi fəaliyyəti sərbəstdir

Bu barədə Gürcüstanın baş nazirinin mətbuat katibi, İrakli Çikovani deyib

Rasthaber Azərbaycan 1tv.ge-yə istinadən xəbər verir ki, bu gündən Gürcüstanda da karantin qaydalarının yumşaldılmasına start verilib.

"Bu gündən "minik avtomobili ilə hərəkətə, həmçinin taksi fəaliyyətinə; istənilən produktun onlayn-ticarətinə və açıq tipli aqrar bazarlarının fəaliyyətinə icazə verilir", - bu barədə Gürcüstanın baş nazirinin mətbuat katibi, İrakli Çikovani deyib.

Baş nazirin mətbuat katibinin açıqlamasına görə, qeyd olunan məhdudiyyətlər bütün ölkə miqyası ilə, sərt karantin məhdudiyyətlərinin olduğu munisipalietlərdən başqa, bütün munisipalitetlərdə aradan qaldırılır.

Qeyd olunan plana müvafiq olaraq, tədbirlərin yüngülləşdirilməsi və iqtisadiyyatın açılmasının ilk mərhələsi, 27 apreldən qüvvəyə minir.

Bu deməkdir ki, bu gündən minik avtomobili ilə hərəkətə, həmçinin taksi fəaliyyətinə, istənilən produktun onlayn-ticarətinə (pərakəndə və topdanşatış), çatdırılma servisinə və açıq tipli aqrar bazarlarının fəaliyyətinə icazə verilir.

Qeyd olunan məhdudiyyətlər bütün ölkə miqyası ilə, sərt karantin məhdudiyyətlərinin olduğu munisipalietlərdən başqa, bütün munisipalitetlərdə aradan qaldırılır.

Bununla yanaşı qeyd olunasıdır ki, bunların hamısı, Səhiyyə Nazirliyi tərəfindən işlənib hazırlanan qaydalara cavab verən şirkətlərə, müəssisələrə və obyektlərə aiddir”, -  İrakli Çikovani bəyan etdi.

Məlum olduğu kimi, 15 aprel saat 21:00-dan fövqəladə vəziyyətin qüvvədə olması müddəti ilə Tbilisi, Rustavi, Batumi və Kutaisiyə daxil olma və şəhərdən çıxmaq qadağan olunub.

 27 və 28 apreldə istisna qaydası ilə, qeyd olunan böyük şəhərlərə daxil olma və çıxma, yalnız faktiki yaşayış yerinə qayıtmaq məqsədi ilə mümkündür.

Bununla yanaşı, İrakli Çikovani qeyd edib ki, epidemiologiya durumunun analizi əsasında, aradan qaldırılmış məhdudiyyətlərin təkrar tədbiq olunması mümkündür.

Xəbəri paylaş

VİDEOLAR