Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzindən məlumat verilib.
Rasthaber Azərbaycan xəbər verir ki, bu gün səhər saatlarında Sameba kəndi yaxınlığında (Kvemo Kartli regionu) eyni anda iki zəlzələ baş verib.
Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzindən məlumat verilib.
4 bal gücündəki ilk yeraltı təkan yerli vaxtla 11:04-də Sameba kəndindən 9 km uzaqlıqda baş verib. Episentr 8 km dərinlikdə olub.
3,2 bal gücündəki təkrar təkanlar isə 11:41-də Sameba kəndindən 4 km məsafədə qeydə alınıb. Episentr 5 km dərinlikdə olub.
Qeyd edək ki, bu, həftə ərzində Sameba yaxınlığında baş vermiş artıq 10-cu zəlzələdir. Təkanlar 3-4 bal aralığında olub.