Gürcüstan prezidenti əfv sərəncamı imzalayıb
Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan Prezidenti 15 may tarixində "Avropa Gürcüstanı" liderlərindən biri Gigi Ugulava və keçmiş müdafiə naziri İrakli Okruaşvilini əfv edib.
Onların hər ikisi 15 may axşam saatlarından həbsxanadan azad olunublar.
İrakli Okruaşvili 20-21 iyun tarixində Gürcüstan parlamentinin qarşısında aksiya zamanı zorakı hərəkətlərin təşkili, rəhbərliyi və iştirakında ittiham edilmiş və məhkəmə qərarı ilə 5 il həbs olunmuşdu.
Fevralın 10-da Gürcüstan Ali Məhkəməsi paytaxt meri olarkən Tbilisi İnkişaf Fondundan ayrılan vəsaitin mənimsənilməsi ittihamı ilə Gigi Ugulavanın 3 il 2 aylıq həbsini elan etmişdi.